• 24.02.2020

Gürcüstan hökuməti Avropa Şurasına 500 min avro ödəniş edib

 Gürcüstan hökuməti Avropa Şurasına 500 min avro ödəniş edib

Gürcüstan hökuməti Avropa Şurasına (AŞ) 500 min avro həcmində könüllü ödəniş edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazilriyinin məlumatında bildirilib.

Qeyd olunub ki, vəsait təşkilatın layihələrinin və Gürcüstanın sədrliyi dövründə qarşıya qoyulan prioritetlərin dəstəklənməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan bu iln noyabrın 27-dən AŞ-nin Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb. Sədrlik 2020-ci ilin mayın 15-də başa çatacaq.

Digər xəbərlər