• 24.02.2020

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək

 Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək

“Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə işlərin 2/3-si başa çatıb”.

NewsBureau “Report”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

“Əvvəlki görüşlərdə irəliləyiş əldə edə bilməmişik. Bildiyiniz kimi, fikir ayrılıqları var. Ancaq artıq işin 2/3 hissəsini başa çatdırmışıq. Bu məqsədlə mütəxəssislərimizin ilin sonuna qədər Tbilisidə görüşməsi barədə razılaşmışıq. Komissiyanın növbəti iclası isə gələn ilin birinci rübündə keçirilməlidir”, – o deyib.

Digər xəbərlər