• 12.07.2020

Gürcüstanda ikipalatalı parlament sisteminin tətbiqi təklif olunub

 Gürcüstanda ikipalatalı parlament sisteminin tətbiqi təklif olunub

Gürcüstanın bir qrup majoritar deputatı 2020-ci ildən sonra ölkədə ikipalatalı parlament sisteminin tətbiq olunmasının tərəfdarıdır.

NewsBureau xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının deputatı Darçi Beraya jurnalistlərə bildirib.

Onun sözlərinə görə, təşəbbüs tam majoritar sistemə keçidi nəzərdə tutmur.

D.Beraya qeyd edib ki, bu məsələ ilə bağlı majoritar deputatlar arasında fikir ayrılıqları var.

Deputat deyib ki, qüvvədə olan Konstitusiyaya əsasən, ölkədə ikipalatalı parlament sistemi yalnız işğal altında olan ərazilərin azad edilməsindən sonra tətbiq edilə bilər.

Digər xəbərlər