• 12.12.2019

Gürcüstan parlamentinin daha bir deputatı istefa verib

 Gürcüstan parlamentinin daha bir deputatı istefa verib

Gürcüstanın parlament çoxluğunun üzvü, Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze istefa verib.

NewsBureau xəbər verir ki, bu barədə deputat özü jurnalistlərə bildirib.

Deputat siyasətdən də getdiyini qeyd edərək bundan sonra ekspert kimi fəaliyyətini davam etdirəcəyini deyib. Qeyd edək ki, A.Zoidze 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsi ilə bağlı hakim Gürcü Arzusu Partiyasına təklif versə də, onun bu təklifi qəbul olunmayıb.

Oxşar xəbərlər