• 12.12.2019

Gürcüstanda hakimiyyət-müxalifət görüşü nəticəsiz yekunlaşıb

 Gürcüstanda hakimiyyət-müxalifət görüşü nəticəsiz yekunlaşıb

Bu gün hakim Gürcü Arzusu Partiyası və müxalifət nümayəndələri arasında görüş keçirilib.

NewsBureau xəbər verir ki, diplomatik korpusun təşəbbüsü ilə baş tutan görüş altı saata yaxın davam edib.

Qapalı görüşdə cari siyasi proseslər, həmçinin müxalifətin təklif etdiyi “alman modeli”nə əsaslanan seçki sistemi layihəsi də nəzərdən keçirilib.

Hakimiyyət nümayəndələri müxalifətin təklifləri üzrə seçki islahatları həyata keçirməkdən imtina edib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının lideri Qriqol Vaşadze görüşün nəticəsiz yekunlaşdığını bildirib. Onun sözlərinə görə, ədalətli seçkilər tələbi ilə etiraz aksiyaları davam etdiriləcək.

Parlamentin sədri Arçil Talakavadze isə öz növbəsində hakimiyyət və müxalifət arasında danışıqların davam etdiriləcəyini istisna etməyib.

Oxşar xəbərlər