• 12.12.2019

Gürcüstanda yeni siyasi əməkdaşlıq platforması yaranıb

 Gürcüstanda yeni siyasi əməkdaşlıq platforması yaranıb

“Lelo” hərəkatı, Qurucular Hərəkatı və Yeni Sağlar partiyaları siyasi əməkdaşlığa dair razılığa gəliblər.

NewsBureau xəbər verir ki, siyasi təşkilatlar platforma çərçivəsində fəaliyyətlərini koordinasiya edəcəklər.

Qurucular Hərəkatı Partiyasının sədri David Usupaşvili bildirib ki, siyasi təşkilatlar addımlarını bir-biri ilə razılaşdıracaqlar.

Onun sözlərinə görə, hərəkat və iki partiyanı ölkəyə proporsional seçkilərin lazımlı olması ilə bağlı qəti əminlik bir araya gətirib.

D.Usupaşvili qeyd edib ki, plarforma bərabər şərtlərlə digər təşkilatlarla işləməyə hazırdır.

Oxşar xəbərlər