• 12.12.2019

Gürcüstan hakimiyyəti müxalifətlə görüşəcək

 Gürcüstan hakimiyyəti müxalifətlə görüşəcək

Sabah Gürcüstanda hakimiyyət və müxalifət nümayəndələri arasında görüş keçiriləcək. 

NewsBureau xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdə diplomatik korpusun təmsilçiləri də iştirak edəcəklər.

İ.Kobaxidze deyib ki, hakimiyyət və müxalifət arasında məsləhətləşmələrin keçirilməsini beynəlxalq tərəfdaşlar və Gürcüstanda akreditə olunmuş diplomatlar təklif ediblər. 

Mənbə: Report

Oxşar xəbərlər