• 12.12.2019

Giorgi Qaxaria TANAP-ın açılışında iştirak edəcək

 Giorgi Qaxaria TANAP-ın açılışında iştirak edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 30-da Türkiyəyə səfər edəcək.

NewsBureau xəbər verir ki, hökümət başçısı Türkiyənin Ədirnə vilayətində keçiriləcək Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci mərhələsinin açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

Oxşar xəbərlər