• 12.12.2019

Vaxtanq Qomelauri: “Mitinqi dağıtmağa məcbur olacağıq”

 Vaxtanq Qomelauri: “Mitinqi dağıtmağa məcbur olacağıq”

“Parlamentə aparan yollar dəmir maneələrlə bağlanılıb ki, aksiyaçılar sakinlərə narahatçılıq yaratmasınlar”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Nazir deyib ki, əgər aksiyaçılar yolları bağlasa, müvafiq addımlar atılacaq: “Biz yolları bağlamışıq ki, nümayişçilər insanlara narahatçılıq yaratmasınlar. Əgər aksiyaçılar yolları bağlamağa və şəhərdə hərəkəti dayandırmağa cəhd etsələr, biz mitinqi dağıtmağa məcbur olacağıq”.

Hazırda etirazçılar parlamentin binasının girişlərinə yaxınlaşmağa cəhd edirlər. Onlar girişləri bloklamaq niyyətindədirlər. Polis girişlərə aparan yollarda dəmir konstruksiyalardan səddlər qurub.

Oxşar xəbərlər