• 12.12.2019

Gürcüstan parlamentində yeni fraksiya formalaşıb

 Gürcüstan parlamentində yeni fraksiya formalaşıb

Gürcüstan parlamentində təmsil olunan bitərəf deputatlar fraksiya yaradıblar.

NewsBureau xəbər verir ki, fraksiyaya Levan KoberidzeGedevan PopxadzeKoba NarçemaşviliLevan QoqiçaişviliMariam Caşi və Zviad Kvaçantiradze üzv olublar.

L.Koberidze bildirib ki, fraksiya “Müstəqil deputatlar” adlanacaq və M.Caşi sədr olacaq.

Qeyd edək ki, Gürcüstan parlamentində hazırda altı fraksiya var. M.Caşi parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin keçmiş sədridir. 

Mənbə: Report

Oxşar xəbərlər