• 13.12.2019

Səfir: “Türkiyə-Gürcüstan dostluğuna qarşı ciddi təbliğat aparılır”

 Səfir: “Türkiyə-Gürcüstan dostluğuna qarşı ciddi təbliğat aparılır”

“Türkiyə-Gürcüstan dostluğuna qarşı ciddi təbliğat aparılır”.

NewsBureau xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Patriarx II İlyanın diplomatik korpus nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

Səfir patriarxa Türkiyə vətəndaşlarını Gürcüstanın mədəni irsi ilə tanış olmaq üçün onları ölkəyə dəvət etdiyinə görə minnətdarlığını bildirib: “Bu, bizim ölkələr arasında olduqca yaxşı əlaqələr deməkdir. Qeyd etmək lazımdır ki, son 20 il ərzində bu cür dayanıqlı münasibətlərimiz və əməkdaşlığımız bəzi insanları çox qıcıqlandırır”.   

F.C.Yazqan deyib ki, Türkiyə hökuməti iki ölkə arasındakı dostluğa qarşı yönələn təbliğatın qarşısını alacaq: “Bu təbliğat çoxmillətli və çoxdinli Gürcüstanda münaqişələr alovlandırmaq məqsədi daşıyır”.

Oxşar xəbərlər