• 12.12.2019

Gürcüstan Avropa Şurasında sədrliyə başlayıb

 Gürcüstan Avropa Şurasında sədrliyə başlayıb

Gürcüstanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində sədrliyi rəsmən başlayıb.

NewsBureau xəbər verir ki, Strasburqda Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə simvolik açarı təqdim edib.

Gürcüstan beynəlxalq təşkilata altı ay müddətinə sədrlik edəcək. 2020-ci ilin mayın 15-də sədrlik başa çatacaq.

Gürcüstan AŞ-yə sədrliyi üçün dörd əsas prioritetini açıqlayıb. Bu prioritetlərə insan haqları və ətraf mühitin mühafizəsi, qərar qəbuletmədə vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi daxildir.

Oxşar xəbərlər