• 15.08.2020

Gürcüstan prezidenti məhkumları yeni qaydalarla əfv edəcək

 Gürcüstan prezidenti məhkumları yeni qaydalarla əfv edəcək

Gürcüstanın Prezident Administrasiyası məhkumların əfv edilməsi ilə bağlı yeni qaydaların hazırlanması prosesini başa çatdırıb.

NewsBureau xəbər verir ki, yeni qaydalarla ağır və xüsusi ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin əfv olunması üçün kriteriyalar müəyyənləşib.

Bununla yanaşı, nisbətən ağır cinayətlər törətmiş şəxslərin ittiham qərarlarına baxılması şərtləri də sadələşdirilib. 

Yeni qaydalar dövlət qurumları və ekspertlərlə məsləhətləşmələr aparılmaqla hazırlanıb.

Dövlət başçısı əvf etmə prosesində ayrı-ayrı hallarda öz səlahiyyətindən istifadə edə biləcək. Əfvlə bağlı yekun qərar qəbul edilənə qədər prezident müvafiq dövlət qurumları və ekspertlərlə hər bir konkret iş üzrə bir daha məsləhətləşəcək.

2021-ci ilin yanvarın 1-dən etibarən Prezident Administrasiyasında əfvlə bağlı xüsusi elektron kargüzarlıq proqramı təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu ilin sentyabrın 18-də əfvə moratorium qoyub.

Digər xəbərlər