Gürcüstan və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə saziş imzalayıblar

 Gürcüstan və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə saziş imzalayıblar

Gürcüstan və ABŞ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq yeni mərhələyə keçib.

NewsBureau verir ki, iki ölkə arasında təhlükəsizlik sahəsi üzrə əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

Sənədi Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və ABŞ müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper imzalayıblar.

İ.Qaribaşvili bildirib ki, sənəd Gürcüstanın Müdafiə Qüvvələrində həyata keçirilən islahatlara tam cavab verir: “İkitərəfli əməkdaşlıq sayəsində Gürcüstan ABŞ-ın əsas tərəfdaşlarından birinə çevrilib”.

Sazişdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində növbəti üç il üçün prioritet istiqamətlər müəyyən olunub və Gürcüstanın müdafiə hazırlığının gücləndirilməsinə yönəlib. Sənəddə həmçinin ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyü, Avroatlantik inteqrasiyasına dəstəyi də ifadə olunub.

Digər xəbərlər