Giorgi Qaxaria özünə mətbuat katibi təyin edib

 Giorgi Qaxaria özünə mətbuat katibi təyin edib

Gürcüstanın baş naziri Giorgi Qaxaria özünə mətbuat katibi təyin edib.

NewsBureau xəbər verir ki, G.Qaxaria hökumətin iclasında bu vəzifəyə onun beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovaninin təyinat aldığını bildirib.

Baş nazir qeyd edib ki, mətbuat katibi vəzifəsi hökumət administrasiyasında yenidir.

G.Qaxarianın sözlərinə görə, mətbuat katibi administrasiya, vətəndaşlar və KİV arasında əlaqələrin daha effektiv olmasına kömək edəcək.

Digər xəbərlər