Salome Zurabişvili: “Gürcülər və azərbaycanlıları sıx dostluq birləşdirir”

 Salome Zurabişvili: “Gürcülər və azərbaycanlıları sıx dostluq birləşdirir”

“Gürcülər və azərbaycanlılar müxtəlif dinlərə etiqad edən xalqlardır. Lakin buna baxmyaraq, bizi sıx dostluq birləşdirir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin  Şüyxülislam Hacı Allahşükür Paşazadənin 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi ilə bağlı ünvanladığı təbrik məktubunda bildirilib.

Prezident qeyd edib ki, A.Paşazadə və Gürcüstan patriarxının ölkələr arasındakı münasibətlərin möhkəmləndiririlməsində xüsusi rolları var. “İnanıram ki, bu dostluq hər zaman davam edəcək. Biz bu münasibətləri qoruyub saxlamaqla sülh və  inkişafın həyatı vacib olduğu regionu daha da gücləndirə bilərik”.

Digər xəbərlər