Mixeil Çxenkeli təhsil naziri təyin olunub

 Mixeil Çxenkeli təhsil naziri təyin olunub

Mixeil Çxenkeli Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri təyin edilib.

NewsBureau xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria sərəncam imzalayıb.

M.Çxenkeli bu vaxta qədər baş nazirin müşaviri, 2017-2018-ci illərdə isə təhsil və elm naziri olub.

Qeyd edək ki, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili noyabrın 7-də vəzifəsini tərk edib.

Digər xəbərlər