• 21.02.2020

Gürcüstan Avropa Şurasına sədrlik edəcək

 Gürcüstan Avropa Şurasına sədrlik edəcək

Noyabrın 27-dən etibarən Gürcüstan Avropa Şurasına (AŞ) altı ay müddətinə sədrlik edəcək.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sədrliyin Gürcüstana rəsmi təqdim olunması mərasimi qeyd olunan tarixdə Strasburqda keçiriləcək.

Qeyd edək ki, Gürcüstan ilk dəfə olaraq beynəlxalq təşkilata sədrlik edəcək. AŞ-nin Nazirlər Komitəsinə ölkənin sədrliyi 2020-ci ilin may ayına qədər olacaq.

Digər xəbərlər