• 17.11.2019

Avropa Şurasının baş katibi Gürcüstana gəlir

 Avropa Şurasının baş katibi Gürcüstana gəlir

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç noyabrın 11-də Gürcüstana səfər edəcək.

NewsBureau xəbər verir ki, baş katibin Gürcüstana səfəri ölkənin AŞ-in Nazirlər Komitəsinə gələcək sədrliyi ilə bağlıdır.

Səfər çərçivəsində M.P.Buriç Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşəcək. Tərəflər Gürcüstanın AŞ komitəsnə sədrlik məsələsinə dair müzakirələr aparacaq, Gürcüstan və AŞ arasında əməkdaşlıq və gələcək planları da nəzərdən keçirəcəklər.

Baş katibin səfəri çərçivəsində Avropa Şurasının 70 illiyi, Gürcüstanın şuraya üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatı da keçiriləcək.

AŞ baş katibi Gürcüstana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə də görüşlər keçirəcək.

Oxşar xəbərlər