• 17.11.2019

Mixeil Batiaşvili istefa verib

 Mixeil Batiaşvili istefa verib

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili istefa verib.

NewsBureau xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria hökumətin bugünkü iclasında bildirib.

Hökumət başçısı qeyd edib ki, M.Batiaşvili öz istəyi ilə vəzifəsini tərk edib.

Qeyd edək ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri olub.

Oxşar xəbərlər