• 17.11.2019

Gürcüstan və Ermənistan müdafiə nazirləri Batumidə görüşüblər

 Gürcüstan və Ermənistan müdafiə nazirləri Batumidə görüşüblər

Acarıstanın paytaxtı Batumidə Gürcüstan və Ermənistanın müdafiə nazirləri –  İrakli Qaribaşvili David Tonoyan arasında görüş keçirilib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Gürcüstanın Müdafiə və Təhlükəsizliyi üzrə XIII konfrans çərçivəsində baş tutan görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər. Tərəflər əsas diqqəti bölgədə sabitlik və təhlükəsizlik məsələlərinə yönəldiblər.

İ.Qaribaşvili və D.Tonoyan mövcud əməkdaşlıq və gələcək planları da nəzərdən keçiriblər.

Oxşar xəbərlər