• 14.11.2019

Ərdoğan Gürcüstana səfər edəcək

 Ərdoğan Gürcüstana səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxarianın dəvəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında Tbilisiyə səfər edəcək.

NewsBureau xəbər verir ki, bu barədə dövlət başçısı G.Qaxaria ilə ötən gün Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.

R.T.Ərdoğan deyib ki, G.Qaxaria ilə görüşdə ikitərəfli münasibətlər, ticari-iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik və birgə təlimlər sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Prezident qeyd edib ki, Gürcüstan Türkiyəni qardaşları ilə birləşdirən körpüdür. Onun sözlərinə görə, Türkiyə Gürcüstan üçün Qərblə sağlam münasibətlərin qurulması üçün strateji körpüdür.

Oxşar xəbərlər