• 14.11.2019

Giorgi Qaxaria Türkiyəyə gedib

 Giorgi Qaxaria Türkiyəyə gedib

Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyəyə rəsmi səfərə yollanıb.

NewsBureau xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Birgünlük səfər çərçivəsində G.Qaxaria Ankarada bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət başçısının beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani daxildir.

Oxşar xəbərlər