• 14.11.2019

Kaxa Kaladze ikinci müddətə Tbilisi meri seçilmək istəmir

 Kaxa Kaladze ikinci müddətə Tbilisi meri seçilmək istəmir

Tbilisi meri Kaxa Kaladze hazırda tutduğu vəzifəyə ikinci müddətə seçilməyi planlaşdırmır.

NewsBureau xəbər verir ki, bu barədə o, “İmedi” kanalının efirində bildirib.

O deyib ki, şəhər başçısının gərgin qrafiki və ağır iş şəraiti var: “…Mənim ailəm, uşaqlarım var… Mənə çox çətindir. Lakin mən məsuliyyət və vəzifələrimi anlayıram. Vəzifə səlahiyyətlərim bitənə qədər mənim Tbilisini xüsusi şəhərə çevirməklə bağlı ambisiyam var”.

Qeyd edək ki, K.Kaladze 2017-ci ilin oktyabrında Tbilisi meri seçilib. Gürcüstanda yerli özünüidarəetmə orqanlarına növbəti seçkilər 2021-ci ildə keçiriləcək.

Oxşar xəbərlər