• 14.11.2019

“Lelo” partiyasının təsis ediləcəyi tarix açıqlanıb

 “Lelo” partiyasının təsis ediləcəyi tarix açıqlanıb

“Lelo” siyasi partiyası dekabrın 12-də təsis olunacaq.

NewsBureau xəbər verir ki, bu barədə “Lelo” hərəkatının təsisçisi Mamuka Xazaradze bildirib.

O deyib ki, partiyaya üzvlük açıqdır.

M.Xazaradze qeyd edib ki, partiyanın ofisi “Tbilisi Central”da (dəmir yolu vağzalı binasındakı ticarət mərkəzi) yerləşəcək: ““Lelo” kiminsə deyil, sizin partiyanız olacaq. Biz hamımız bu vəziyyətdən milli həmrəylik yolu ilə çıxmalıyıq”.

Oxşar xəbərlər