• 14.11.2019

İrakli Qaribaşvili NATO baş katibi ilə görüşüb

 İrakli Qaribaşvili NATO baş katibi ilə görüşüb

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

İ.Qaribaşvili Y.Stoltenberqə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə minnətdarlığını bildirib. Görüşdə NATO və Gürcüstan arasında əməkdaşlıq nəzərdən keçirilib.

İ.Qaribaşvili daha sonra NATO-ya üzv və tərəfdaş ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edib. Müdafiə naziri çıxışında bildirib ki, Gürcüstan NATO-nun etibarlı tərəfdaşıdır və ümumi təhlükəsizliyin təmin olunması prosesinə sadiqdir.

Toplantı çərçivəsində İ.Qaribaşvili Finlyandiya, Polşa, Almaniya, İsveç, Ukrayna və Böyük Britaniyanın müdafiə nazirləri ilə də görüş keçirib.

Oxşar xəbərlər