• 14.11.2019

Azərbaycan səfiri Gürcüstan DTX-nin rəhbəri ilə görüşüb

 Azərbaycan səfiri Gürcüstan DTX-nin rəhbəri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili ilə görüşüb.

NewsBureau xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Tərəflər Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində mövcud əməkdaşlığı müzakirə ediblər.

Görüşdə həmçinin bölgədə təhlükəsizlik, hər iki ölkənin üzləşdiyi təhdid və çağırışlar da nəzərdən keçirilib.

Q.Liluaşvili və D.Həsənov iki ölkənin təhlükəsizlik xidmətləri arasındakı mövcud sıx əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar.

Oxşar xəbərlər