Qaxaria və Putin arasında görüş planlaşdırılır?

“Giorgi Qaxaria və Vladimir Putin arasında görüş planlaşdırılmır”.
NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.
O deyib ki, rusiyalı həmkarı Sergey Lavrovla Nyu Yorkda keçirdiyi görüşdə də bu barədə danışılmayıb: “Bu cür görüş barədə hər hansı bir iş aparılmır”.
Baş nazirin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili də G.Qaxaria və V.Putin arasında görüşə hazırlığın aparılmadığını bildirib: “Qaxaria və Putin arasında görüş nə hazırlanır, nə də nəzərdən keçirilir”.