• 07.12.2019

Giorgi Qaxaria: “Avroatlantik inteqrasiyamız heç bir halda kiməsə qarşı yönəlməyib”

 Giorgi Qaxaria: “Avroatlantik inteqrasiyamız heç bir halda kiməsə qarşı yönəlməyib”

“Avroatlantik inteqrasiyamız heç bir halda kiməsə qarşı yönəlməyib”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

O, Rusiyanın baş naziri Dmitri Medvedevin Serbiyanın “Veçernie novosti” nəşrinə müsahibəsində səsləndirdiyi bəzi bəyanatlara münasibət bildirib.

D.Medvedev deyib ki, NATO-ya daxili münaqişələri olan ölkələrin qəbul edilməsi cəhdləri təhlükəlidir. Onun sözlərinə görə, Rusiya nüvə ölkəsidir və NATO-ya onun əhatəsində bazaların yerləşdirilməsinə siyasi və hərbi cavab verəcək.

G.Qaxaria deyib ki,  Gürcüstanın Avroatlantik inteqrasiyası ölkə vətəndaşlarının rifahına yönəlib və heç kəsə təhlükə yaratmır.

Oxşar xəbərlər