• 07.12.2019

Qriqol Liluaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi oldu

 Qriqol Liluaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi oldu

Gürcüstan parlamentinin plenar iclasında Qriqol Liluaşvili ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi vəzifəsinə təsdiq olunub.

NewsBureau xəbər verir ki, gizli səsvermə zamanı 85 deputat onun namizədliyinin lehinə, 8-i isə əleyhinə səs verib.

Q.Liluaşvili 6 il müddətinə DTX-nin rəisi olacaq.

Qeyd edək ki, DTX-nin sabiq rəisi Vaxtanq Qomelauri bu ilin sentyabrından daxili işlər naziridir.

Oxşar xəbərlər