• 07.12.2019

David Zalkaliani parlamentdə “nazir saatı”nda çıxış edəcək

 David Zalkaliani parlamentdə “nazir saatı”nda  çıxış edəcək

Xarici işlər naziri David Zalkaliani bu gün parlamentdə “nazir saatı” formatında çıxış edəcək.

NewsBureau xəbər verir ki, nazir çıxışında bir sıra aktual məsələlərə toxunacaq.

Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava bildirib ki, XİN başçısı çıxışında rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüş, işğal altında olan ərazilərdəki vəziyyət barədə danışacaq.

S.Katsarava qeyd edib ki, nazir həmçinin David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi) ətrafında baş verən proseslərə də toxunacaq.

D.Zalkaliani çıxışından sonra deputatların suallarını cavablandıracaq.

Oxşar xəbərlər