• 07.12.2019

Gürcüstan və Ermənistan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

 Gürcüstan və Ermənistan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri David Zalkaliani erməni həmkarı Zöhrab Mnasakanyanla görüşüb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Gürcüstanın baş naziri Giorgi Qaxarianın Ermənistana rəsmi səfəri çərçivəsində keçirilib. Nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, ticari-iqtisadi və turizm sahəsində əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin regionda təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.  

Oxşar xəbərlər