• 07.12.2019

Tsixelaşvili: “Gürcüstan və Azərbaycan arasında həll olunmayan problem yoxdur”

 Tsixelaşvili: “Gürcüstan və Azərbaycan arasında həll olunmayan problem yoxdur”

“Gürcüstan və Azərbaycan arasında həll oluna bilinməyən problemlər yoxdur”.

Bunu barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili jurnalistlərin Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı sualına cavab olaraq bildirib.

O deyib ki, bütün məsələlər danışıqlar, mehriban qonşuluq və dialoq şəraitində həll edilməlidir.

K.Tsixelaşvili  məbəd kompleksi ilə bağlı aparılan mürəkkəb danışıqlarda razılığın əldə olunacağına əminlik ifadə edib.

Oxşar xəbərlər