• 07.12.2019

Hikmət Hacıyev: “Azərbaycan-Gürcüstan əlaqələri mükəmməl səviyyədədir”

 Hikmət Hacıyev: “Azərbaycan-Gürcüstan əlaqələri mükəmməl səviyyədədir”

“Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri var”.

NewsBureau xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “AzTv”də yayımlanan “Həftə” analitik-informasiya proqramında deyib.

O qeyd edib ki, Giorgi Qaxaria Gürcüstanın baş naziri kimi ilk səfərini Azərbaycana edib: “Bu, iki ölkə arasında olan əlaqələrin inkişafının mükəmməl səviyyəsini göstərir”.

H.Hacıyev bildirib ki, Azərbaycan və Gürcüstan arasında yüksək səviyyədə dialoq, konstruktiv anlaşma və qarşlılqı anlaşma mexanizmləri mövcuddur və hər bir məsələ sərbəst və aydın şəkildə qarşılıqlı hörmət əsasında müzakirə edilir.

Oxşar xəbərlər