• 07.12.2019

Vaxtanq Qomelauri azərbaycanlı həmkarı ilə görüşüb – FOTO

 Vaxtanq Qomelauri azərbaycanlı həmkarı ilə görüşüb – FOTO

Gürcüstanın daxili işlər naziri, general-leytenant Vaxtanq Qomelauri azərbaycanlı həmkarı general-polkovnik Vilayət Eyvazovla görüşüb.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri qeyd olunub.

V.Qomelauri Gürcüstan və Azərbaycanın hüquq mühafizə orqanları arasında məhsuldar əməkdaşlıq və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizdə əldə olunan uğurlar barədə danışıb.

Tərəflər ikitərəfli və regional əməkdaşlıq çərçivəsində münasibətlərin daha da dərinləşdirilməsi məsələsini də nəzərdən keçiriblər.

Oxşar xəbərlər