• 07.12.2019

Giorgi Qaxaria: “Gürcüstan və Azərbaycan arasında həll olunmayan məsələlər yoxdur”

 Giorgi Qaxaria: “Gürcüstan və Azərbaycan arasında həll olunmayan məsələlər yoxdur”

“Gürcüstan və Azərbaycan arasındakı əlaqələr hər zaman dost əlaqələridir. Ölkələr arasında həll olunmayan məsələlər yoxdur və onlar hər zaman bütün məsələlərdən çıxış yolu tapa bilərlər”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.

G.Qaxarianın sözlərinə görə, Gürcüstan və Azərbaycan ən yaxın dost və qardaş ölkələrdir: “Həqiqətən bizim əməkdaşlığımız və tərəfdaşlığımız regional çərçivədən çıxdı və beynəlxalq müstəviyə yüksəldi, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində. Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir”.

Hökumət başçısı qeyd edib ki, insanlar arasında mehriban, dost münasibətlər də çox mühümdür və vacibdir: “Bizim xalqlar arasındakı əlaqələr uzunəsrlidir və mədəni əlaqələrdir. Bizim xalqlarımız arasında münasibətlərin böyük tarixi var”.

Oxşar xəbərlər