• 07.12.2019

Qaxaria: “Gürcüstan vətəndaşları iqtisadi artımı hiss etməlidirlər”

 Qaxaria: “Gürcüstan vətəndaşları iqtisadi artımı hiss etməlidirlər”

“Gürcüstan hökuməti, parlament və Milli Bank koordinasiya şəklində fəaliyyət göstərməlidirlər ki, ölkənin iqtisadi artımı vətəndaşların həyatında əks olunsun”.

Bu barədə baş nazir Giorgi Qaxaria hökumətin iclasında deyib.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsi kifayət qədər balanslaşdırılıb və büdcədə dövlətin sosial məsuliyyəti əks olunub.

Hökumət başçısı qeyd edib ki, büdcə layihəsi ölkə parlamentinə təqdim olunub.

Oxşar xəbərlər