• 07.12.2019

İrakli Qaribaşvili Azərbaycan səfiri ilə görüşüb

 İrakli Qaribaşvili Azərbaycan səfiri ilə görüşüb

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycanın müdafiə nazirlikləri arasında əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini nəzərdən keçiriblər.

İ.Qaribaşvili Azərbaycanla hərbi sahədə əməkdaşlıqla yanaşı, bu sahədə Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlıq formatına da toxunub.

Müdafiə naziri hərbi təhsil sahəsində Azərbaycanla əməkdaşlıq və təcrübə mübadiləsi barədə də danışıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov da iştirak edib.

Oxşar xəbərlər