• 07.12.2019

Saakaşvili: “Gürcüstana qayıdacağam”

 Saakaşvili: “Gürcüstana qayıdacağam”

“Yaxın aylarda Gürcüstana qayıtmağı planlaşdırıram”.

Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Mtavari arxi” televiziya kanalına müsahibəsində deyib.

O, 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərinə qədər vətənə dönəcəyini bildirib: “Ukraynada özümü yaxşı hiss edirəm, lakin biz vətəni itiririk”.

M.Saakaşvili Gürcüstanda saxlanılacağından qorxmadığını deyib: “Ukraynada həbsxanadan qorxmadım, öz ölkəmdə bundan xüsusən qorxmaram”.

Sabiq dövlət başçısı siyasətçi olmadığını vurğulayıb: “Mən müasir Gürcüstan dövlətçiliyinin qurucusu və Gürcüstanın vətənpərvəriyəm”.

Oxşar xəbərlər