• 07.12.2019

Gürcüstan və Rusiya XİN başçıları görüşüblər

 Gürcüstan və Rusiya XİN başçıları görüşüblər

Gürcüstanın xarici işlər naziri David Zalkaliani rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş BMT Baş Assambleyasını Nyu Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində baş tutub. Gürcüstan tərəfinin əsas müzakirə mövzusu işğal altında olan ərazilər olub.

XİN başçıları arasında görüş İsveçrə tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, bu, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan və Rusiya arasında bu səviyyədə keçirilən ilk görüş olub.  

Oxşar xəbərlər