• 07.12.2019

Gürcüstan və Azərbaycan XİN başçıları arasında görüş keçirilib

 Gürcüstan və Azərbaycan XİN başçıları arasında görüş keçirilib

BMT-nin Baş Assambleyasının Nyu Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

Gürcüstan XİN-nin yaydığı məlumata əsasən, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğuni bir daha vurğulayıblar.

Nazirlər Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya komissiyası çərçivəsində görüşlərin bərpa olunmasını və tərəflərin konstruktiv yanaşma ilə məsələnin həllinə hazır olmalarını alqışlayıblar. Ekspert qruplarının Gürcüstan-Azərbaycan sərhədinin razılşadırılmamış hissələri ilə bağlı işi müsbət qiymətləndirilib.

Oxşar xəbərlər