Rusiya-Gürcüstan müharibəsindən 12 il ötür

 Rusiya-Gürcüstan müharibəsindən 12 il ötür

8 Avqust, 2020 | 09:05

Bu gün Rusiya və Gürcüstan arasındakı 2008-ci ilin avqust müharibəsinin 12-ci ildönümü tamam olur.

NewsBureau xəbər verir ki, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Grücüstanın prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar endirilib.

Xatırladaq ki, 2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Hərbi əməliyyatlar zamanı Gürücüstanın 408 vətəndaşı həlak olub. Onların 170-i hərbçi, 14-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, 224-ü dinc sakin olub, 2 232 nəfər isə yaralanıb. 26 min nəfər qaçqın vəziyyətinə düşüb.

Beş günlük müharibə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı, daha sonra hər iki bölgənin müstəqilliyini tanıması ilə başa çatıb. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni rəsmi olaraq işğal olunmuş ərazilər elan edib.

Digər xəbərlər