Tbilisidə Nəriman Nərimanovun 150 illiyinə həsr olunan tədbir keçirilib – FOTO

 Tbilisidə Nəriman Nərimanovun 150 illiyinə həsr olunan tədbir keçirilib – FOTO

31 İyul, 2020 | 17:42

Tbilisidə görkəmli azərbaycanlı ictimai xadim, müəllim, həkim, dramaturq, yazıçı, publisist Nəriman Nərimanovun anadan olmasının 150 illiyi qeyd edilib.

NewsBureau xəbər verir ki, Nəriman Nərimanovun xatirə muzeyində keçirilən tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM), Nəriman Nərimanovun xatirə muzeyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı baş tutub.

Tədbiri giriş sözü ilə açan GAİM-in icraçı direktoru Aygül İsayeva Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verib, onu Azərbaycan və gürcü xalqları arasında “Dostluq simvolu” adlandırıb.  

Sonra Nəriman Nərimanovun xatirə muzeyinin kuratoru Rəna Dəlivəlova, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin elmi işçisi Leyla Əliyeva, Gənc Vətənpərvərlər İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Tengiz Məmmədov, “Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, GAİM-in Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva və digərləri çıxış edərək N.Nərimanovun dahi şəxsiyyət olmasını, Gürcüstanda adının yaşadılmasının mühüm olmasını vurğulayılar. 

Daha sonra GAİM-də təhsil alan gənclər N.Nərimanovun oğlu Nəcəfə ünvanladığı məktubu oxuyublar.

Kamança və opera ifaçısı Şəbnəm Asıf qızı musiqilər səsləndirib. 

Sonda tədbir iştirakçıları Marneulidə N. Nərimanovun abidəsini ziyarət edib, önünə gül dəstələri və əklil qoyublar.

Digər xəbərlər