• 09.07.2020

Azərbaycanın ilk baş nazirinin Tbilisidə qətlə yetirilməsindən 100 il ötür

 Azərbaycanın ilk baş nazirinin Tbilisidə qətlə yetirilməsindən 100 il ötür

19 İyun, 2020 | 12:48

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin qətlə yetirilməsindən 100 il ötür.

NewsBureau xatırladır ki, görkəmli dövlət xadimini 1920-ci ilin iyunun 19-da Tbilisinin Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) erməni terrorçu Aram Yerkanyan başından vuraraq öldürüb.

F.Xoyski hadisə yerində keçinib. Onun yanında olan AXC-nin keçmiş daxili işlər naziri Xəlil bəy Xasmməmədov yaralanıb.

F.Xoyskinin məzarı Tbilisidə, Botanika bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonunda yerləşir. 1920-ci ilin iyulunda Tbilisidə ermənilərin qətlə yetirdiyi digər azərbaycanlı dövlət xadimi – AXC parlamentinin sədri Həsən bəy Ağayevin məzarı Xoyskinin məzarının yanındadır.

Azərbaycanın ilk hökumət başçısının qətli ilə bağlı Tbilisidə nəşr olunan “Qruziya” qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc edilib. /Report/

Digər xəbərlər