• 28.05.2020

Gürcüstanda Heydər Əliyevin adını daşıyan məkanlar və abidələrin tarixçəsi – FOTO

 Gürcüstanda Heydər Əliyevin adını daşıyan məkanlar və abidələrin tarixçəsi – FOTO

10  May, 2020 | 17:41

Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bir neçə məkan, büstü və abidəsi var.

NewsBureau həmin məkan və abidələrin qısa tarixçəsini təqdim edir.

Tbilisidəki park və büst

Tbilisidə Heydər Əliyev adına parkdakı büst 2007-ci ilin mayın 12-də açılıb. Açılış mərasimində Gürcüstanın o zamankı dövlət başçısı Mixeil Saakaşvili və Azərbaycan prezidenti İlham Əliyev iştirak ediblər. Tədbirdə Heydər Əliyevin Tbilisinin tarixi məkanında monumentinin açılması iki ölkə arasında tarixi qardaşılıq və dostluq münasibətlərini daha bir sübutu kimi qiymətləndirilib.

Tbilisidəki sahil küçəsi

Gürcüstan paytaxtında Heydər Əliyevin adına sahil küçəsi da var. Kür çayının sağ sahilində yerləşən bu küçədəki xatirə lövhəsi 2007-ci ilin fevralında açılıb. Dörd metrlik lövhədə simvolik olaraq həmin yerdən Türkiyə paytaxtı (1 441 km) və Azərbaycan paytaxtına qədər (556 kilometr) olan məsafə göstərilib.   

Rustavidəki park və abidə

Rustavidə Heydər Əliyev adına park 2009-cu ildə SOCAR şirkətinin dəstəyi ilə abadlaşdırılıb. Böyük siyasətçinin abidəsi 2013-cü ilin mayın 8-də onun anadan olmasının 90-cı ildönümü münasibətilə açılıb.  Abidənin rəsmi açılış tədbirində Gürcüstanın o vaxtkı baş naziri Bidzina İvanişvili, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı 2004-cü ildən Heydər Əliyevin adını daşıyır.

Digər xəbərlər