Gürcüstanda Ana dili günü qeyd olunur

 Gürcüstanda Ana dili günü qeyd olunur

Bu gün Gürcüstanda Ana dili günü qeyd olunur.

NewsBureau xatırladır ki, 1978-ci ildə SSRİ Ali Şurasının qərarı ilə Gürcüstanda gürcü dili deyil, rus dili dövlət statusunu alırdı.

Bu qərara etiraz olaraq həmin ilin aprelin 14-də Tbilisidə indiki “Ana dili” parkı (“Deda Ena”) və Rustaveli prospektində etiraz aksiyaları keçirilir. Aksiyalara 100 mindən çox insan qatılır. Etirazlarda ziyalılar, müəllimlər, tələbələr və sıravi vətəndaşlar da iştirak edirlər.  Nəticədə gürcü dilinin dövlət statusu qorunub saxlanılır.

Tbilisidə “Deda Ena” parkında ana dilinə həsr olunan abidə ucaldılıb. Müəllifləri Elquca Amaşukeli və Nodar Mqaloblişvilidir.

Hər il Tbilisi və bölgələrdə Ana dili gününə həsr olunan müxtəlif tədbirlər keçirilib. Koronavirus pandemiyasına görə bu ilin martın 1-dən ölkədə bütün kütləvi tədbirlər qadağan olunub.

Digər xəbərlər