• 28.05.2020

9 aprel faciəsindən 31 il ötür – FOTO

 9 aprel faciəsindən 31 il ötür – FOTO

Bu gün 9 aprel hadisələrinin 31-ci ildönümü tamam olur.

NewsBureau xatırladır ki, 1989-cu ilin bu günündə sovet hərbi birləşmələri Tbilisinin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıblar.

Nəticədə 21 nümayişçi həlak olub, yüzlərlə insan xəsarətlər alıb.

Faciədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpası haqqında akt qəbul edib.

9 aprel faciəvi gün kimi xatırlanmaqla yanaşı, Gürcüstanın dövlət müstəqilliyinin bərpası günü kimi də qeyd olunur.

Digər xəbərlər