• 30.03.2020

Tbilisidə Xocalı faciəsi anılıb – FOTO

 Tbilisidə Xocalı faciəsi anılıb – FOTO

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım mərasimi təşkil olunub.

NewsBureau xəbər verir ki, tədbir muzey, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Azərkitab” Kitab Təbliğatı Mərkəzi birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları öncə Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra pianoçu Rasim Pirməmmədov və kamançaçı Şəbnəm Hüseynilinin müşayiəti ilə faciəyə həsr olunan ədəbi-musiqili kompozisiya nümayiş etdirilib. GAİM tələbələri “Mən Xocalıyam” sözləri ilə faciə ilə bağlı faktları Azərbaycan və gürcü dillərində səsləndiriblər.

Çıxış edən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla  Əliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, , Gürcüstan parlamentinin azərbaycanlı deputatları Azər Süleymanov, Mahir Dərziyev, GAİM-in icraçı direktoru Aygül İsayeva və başqaları Xocalı faciəsini bəşər tarixində ən amansız və qəddar soyqırımı adlandırıblar. Natiqlər bu faciənin bütün dünya tərəfindən soyqırımı kimi tanınmalı olduğunu deyiblər.

Diplomatik korpus nümayəndələrinin də qatıldığı mərasimdə Xocalı soyqırımına aid  “Bitməyən əzab” filmi nümayiş etdirilib, faciəni əks etdirən fotoşəkillər və kitablar da sərgilənib.

Foto: report.ge

Digər xəbərlər