• 30.03.2020

Tbilisidə “Xocalı tarixin qan yaddaşı” adlı tədbir keçirilib – FOTO

 Tbilisidə “Xocalı tarixin qan yaddaşı” adlı tədbir keçirilib – FOTO

Tbilisidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı tarixin qan yaddaşı” adlı tədbir keçirilib.

NewsBureau xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkil olunan Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və E-MEDİA GROUP-un təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın peşəkar rəssamlarının Xocalı faciəsi mövzusunda 50-yə yaxın əsəri sərgilənib.

Mərasimdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra Xocalı soyqrımı haqqında sənədli film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev Azər Süleymanov, azərbaycanlı və gürcü ziyalı və gənclər iştirak ediblər.

Digər xəbərlər