Tbilisidən Riqa və Parisə aviareyslərin sayı artırılır

 Tbilisidən Riqa və Parisə aviareyslərin sayı artırılır

17 Oktyabr, 2020 | 12:19

Noyabrda Tbilisidən Riqa və Parisə yerinə yetirilən müntəzəm reyslərin sayı artırılacaq.

NewsBureau xəbər verir ki, bu barədə Tbilisi hava limanından bildirilib.

Tbilisi-Riqa-Tbilisi marşrutu üzrə uçuşlar həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, Tbilisi-Paris-Tbilisi istiqaməti üzrə isə həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək.

Latviyaya səfər edən Gürcüstan vətəndaşları üçün 10 günlük özünütəcrid məcburidir. Tranzitə gəlincə, Gürcüstandan Riqaya uçan şəxslərə hava limanında 12 saata qədər olmağa icazə verilir.

Fransada isə Gürcüstandan olan ziyarətçilər üçün hər hansı bir məhdudiyyət tətbiq olunmur.

Digər xəbərlər